GMİ-nin Şərqi-Gürcüstan müftisi Dağıstana rəsmi səfər edib
23.11.2024 01:09
372
Din
A
GMİ-nin Şərqi-Gürcüstan müftisi Dağıstana rəsmi səfər edib

Çeçenistan Respublikasında rəsmi səfərini yekunlaşdıran Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şərqi-Gürcüstan müftisi Etibar Emimov daha sonra Dağıstan Respublikasına rəsmi səfər edib.

Aktual.ge xəbər verir ki, bu barədə müfti özünün sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, Maxaçkalada keçirilən "Ənənəvi mənəvi-əxlaqi dəyərlərin qorunması və möhkəmləndirilməsi üzrə beynəlxalq əməkdaşlığın aktivləşdirilməsinin mexanizmləri" mövzusundakı elmi-praktiki konfrans çərçivəsində 

Dağıstan Respublikasının müftisi şeyx Əhməd Əfəndi Abdullaev ilə ikili görüşü baş tutub. 

"Müfti Etibar Eminov bu cür mötəbər bir konfransa dəvət etdiyi üçün şeyx Əhməd Əfəndiyə öz təşəkkürünü bildirib, Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyəti haqqında danışıb və Gürcüstandakı müsəlmanların mövcud vəziyyəti haqqında söhbət edib. 

Dağıstan müftisi də öz növbəsində qonağı salamlayaraq dəvəti qəbul edib konfransda iştirak etdiyinə görə öz təşəkkürünü bildirib. Görüş əsnasında iki ölkə arasındakı dini əlaqələr və əməkdaşlıq mövzuları müzakirə edilib. Həmçinin bu gün Dağıstan Respublikasının müftisi şeyx Əhməd Əfəndi Abdulaev tərəfindən konfrans iştirakçılarının şərəfinə yemək süfrəsi təşkil edilib" , - Etibar Eminov məlumat verib.

ŞƏRH YAZ
14