Noyabrın 24-də Qərbi Gürcüstanda soyuq və rütubətli hava kütlələrinin yayılması gözlənilir. Sahil rayonlarında güclü yağış, ildırım, dənizdə 4-6 ballıq fırtına və dağlıq ərazilərdə qar yağa bilər.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
"Gürcüstan ərazisinin əksər hissəsində qərb istiqamətli güclü küləyi əsəcək" bildirilən məlumatda xəbərdarlıq edilib ki, gözlənilən yağıntılar Qərbi Gürcüstanın çaylarında su səviyyəsinin artmasına, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin yaranıb aktivləşməsinə səbəb ola bilər.
25 noyabrdan etibarən Gürcüstan ərazisində havanın temperaturu əhəmiyyətli dərəcədə enəcək.
"26-28 noyabrda ölkə ərazisinin əksər hissəsində yağıntılar, dağlıq ərazilərdə isə qar şəklində, bəzi yerlərdə güclü olacaq. Yüksək dağlıq rayonlarda duman, çovğun və qar uçqunu təhlükəsi mümkündür. Qar yağışı, görünüşün pisləşməsi, çovğun və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər" - deyilən məlumatda bildirilib ki, ttəhlükə səviyyəsi ortadır.