Ürəkləri dağlayan hadisələr: Biri daşla döyülərək öldürülüb, digəri isə yatarkən yandırılıb...
24.11.2024 00:14
2727
Kriminal
A
Ürəkləri dağlayan hadisələr: Biri daşla döyülərək öldürülüb, digəri isə yatarkən yandırılıb...

Son vaxtlar ölkədə siyasi xəbərlərlə yanaşı, qadınlara qarşı törədilən cinayətlər də gündəmin əsas mövzularından birinə çevrilib.

Aktual.ge xəbər verir ki, Tianeti Bələdiyyəsinin Axalsopeli kəndində 24 yaşklı gənc qız əri tərəfindən ən ağır şiddətə məruz qalıb.

Yerli mənbələrin yaydığı məlumatına görə, 24 yaşlı Qalina Nozadzeni həyat yoldaşı o, yuxuda olarkən saçlarına yanacaq tökərək od vurub. Gənc qız artıq 10 gündən çoxdur ki, həyatı uğrunda klinikada mübarizə aparır. Onun bədəninin 70 faizi yanıb, ən ağır vəziyyətdə olan isə üz nahiyəsidir. Hadisə gecə saatlarında baş verib və qadının üç azyaşlı övladı hər şeyə şahid olub.

33 yaşlı Temur Qaralaşvili baş verənləri bədbəxt hadisə kimi qələmə verməyə çalışsa da, ertəsi gün polis tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxs yalnız azyaşlı uşağın polisə atasının anasını necə yandırdığını danışdıqdan sonra polis hərəkətə keçib.

Ağır yanıq xəsarətləri alan 24 yaşlı qızın nə anası, nə də qardaşı baş verənlər haqqında danışmaq istəmir. Qalina Nozadze hələ də yanıq mərkəzindədir, vəziyyəti ağır olaraq qalır. Təqsirləndirilən şəxsin valideynləri də baş verənlərlə bağlı heç nə demirlər.

Bundan əlavə qeyd edək ki, əri tərəfindən şiddətə məruz qalan 39 yaşlı Tisko Sulikaşvili iki gün əvvəl klinikada dünyasını dəyişib. 10 Gün klinikada həyatı uğrunda mübarizə aparan 39 yaşlı qadını valideynlərinin evinin həyətində daşla əri dəfələrlə vuraraq huşunu itirənə qədər döyüb.

Qadının geriyə iki övladı qalıb, onlardan biri məktəbli digəri isə lap azyaşlıdır. Hadisə baş verən zaman evdə qadının eşitmə qüsuru olan nənəsi və atası olub.

Məlum olub ki, xanımını daşla döyərək öldürən Mixeil Suxişvili bir neçə həftə əvvəl həbsdən azad edilibmiş. O, bundan əvvəl həyat yoldaşına qarşı zorakılığa görə həba olunubmuş. Yerli nəşrlərin iddiasına görə o, “Gürcü Arzusu” partiyasının seçkiqabağı elan etdiyi amnistiya nəticəsində azadlığa çıxıb.

Xatırladaq ki, qadınlara qarşı və ya ailədə zorakılıq hallarında 112-yə zəng edə bilərsiniz. Həmçinin 112-nin mobil tətbiqini yükləyərək mesaj, zəng və ya SOS düyməsi vasitəsilə operatora müraciət edə bilərsiniz. 116 006 qaynar xəttinə də zəng etmək mümkündür. Hüquqi, psixoloji, sosial və tibbi məsələlər üzrə məsləhətlər pulsuzdur və anonimlik qorunur.

ŞƏRH YAZ
18