İsrail hökuməti Livanla atəşkəsi təsdiqləyib
26.11.2024 23:25
244
Dünya
A
İsrail hökuməti Livanla atəşkəsi təsdiqləyib

İsrailin Nazirlər Kabineti Livanla atəşkəs razılaşmasını təsdiqləyib.

Aktual.ge xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Daha əvvəl razılaşmanın şərtləri açıqlanıb. Sazişə əsasən, ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi yaradılacaq. Bu komitə sövdələşmənin icrasına nəzarət edəcək və mümkün pozuntuların aradan qaldırılması üçün tədbirlər görəcək.

Razılaşmaya görə, İsrail ABŞ ilə məsləhətləşmələr apardıqdan sonra Livan ordusunun təhlükələri aradan qaldırmadığı təqdirdə yenidən hərbi əməliyyatlara başlaya biləcək. 

Sazişin 27 noyabrdan qüvvəyə minəcəyi bildirilib.


İsrail ordusu, 8 oktyabr 2023-cü ildən bəri Hizbullah ilə nəzarətli toqquşmaları davam etdirərək, 23 sentyabr tarixində Livanın cənub şəhərləri ilə yanaşı, Bəkaa və Baalbek bölgələrinə yüzlərlə hava hücumu təşkil edib. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən indiyədək 946-sı qadın və uşaq, 222-si tibb işçisi olmaqla ümumilikdə 3 min 768 nəfər həlak olub, 15 min 699 nəfər yaralanıb.

Hizbullah lideri Seyyid Həsən Nəsrullah, İsrail ordusunun 27 sentyabrda Beyruta təşkil etdiyi hava hücumları zamanı suiqəsdə məruz qalıb. Hizbullah isə İsrailə raket və raket zərbələri ilə cavab verir. 

Ölkənin cənub bölgələrindən paytaxt Beyrut və şimal istiqamətində köç dalğası davam edir. Livan hökumətinin açıqladığı məlumatlara görə, İsrail hücumları səbəbindən ölkə daxilində 1,9 milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 624 mindən çoxu Suriyaya köç edib.

ŞƏRH YAZ
0