Kateqoriyalar
Marneuli şəhərindəki 4 saylı uşaq bağçasında istilik sistemi artıq bir aydır işləmir. Uşaqlar qalın geyimlərdə oturaraq soyuq şəraitdə təlim-tərbiyə alır, bəziləri isə artıq xəstələnib.
Valideynlər, övladlarının sağlamlığından narahat olaraq, bu ciddi problemi gündəmə gətiriblər.
Bağçalar rəhbərliyi problemin düzələcəyini vəd etsə də, konkret tarix söyləmir.
Soyuqdan əziyyət çəkən azyaşlılar üçün bu problemin həlli nə zaman tapılacaq?
Daha ətraflı video süjeti təqdim edirik: