Avropalı deputat: Avropa Parlamenti Gürcüstanda yenidən seçkilərin keçirilməsini tələb edir!
27.11.2024 08:11
400
Dünya
A
Avropalı deputat: Avropa Parlamenti Gürcüstanda yenidən seçkilərin keçirilməsini tələb edir!

"Avropa Parlamenti seçkilərin tanınmasını rədd edir və yenidən seçkilərin keçirilməsini tələb edir".

Aktual.ge xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Rasa Juknevičienė keçirilən brifinqdə söyləyib.

Gürcüstanda seçkilərin saxtalaşdırıldığını iddia edən Avroparlamentari "Gürcü Arzusu"nun yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edilməsini tələb.

"Seçkilər Gürcüstanda azad və ədalətli hesab oluna bilməz, amma ən önəmlisi budur ki, mən sitat gətirirəm: 'Avropa Parlamenti seçkilərin tanınmasını rədd edir və təkrar seçkilərin keçirilməsini tələb edir'. Bu seçkilər təkmilləşdirilmiş seçki mühitində, müstəqil və tərəfsiz seçki administrasiyası tərəfindən keçirilməlidir.

Düşünürəm ki, bu, Gürcüstanda mövcud vəziyyətdən çıxmaq üçün yeganə həll yoludur.

Biz dəfələrlə sanksiyalardan, yenə sanksiyalardan və daha çox sanksiyalardan danışdıq. Bidzina İvanişviliyə sanksiya tətbiq edilməsini tələb etdik. Lakin bu dəfə daha çox şəxsi qeyd etdik, seçkilərin saxtalaşdırılmasında məsuliyyət daşıyanları açıqladıq. Biz Gürcüstanın baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və digər şəxsləri də adlandırdıq və onların sanksiyalara məruz qalmasını tələb edirik" , - deyə o, qeyd edib.

ŞƏRH YAZ
7