"Heidelberg Cement" Gürcüstan bazarını tərk edib.
Aktual.ge xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandaki səfiri Peter Fişer bildirib.
“Mənə ən son məlumatlar barədə bilgi məlum deyil. Düşünürəm ki, tendensiya azalır və mənim proqnozuma görə, əgər Gürcüstan Avropa İttifaqından daha çox uzaqlaşarsa, bu tendensiya daha da azalacaq. Sadəcə olaraq, bu, almaniyalı investorlar üçün çox maraqlı deyil. Bu, inteqrasiya olunmamış kiçik bir bazardır. Gürcüstan bizim böyük şəhərlərimiz qədərdir, düzdür? Hazırda isə investisiyalar önəmli deyil. Burada cüzi məbləğdə və böyük əlavə dəyər yaratmayan aktivliklə bir neçə şirkətimiz investisiya həyata keçirir. Hətta “Heidelberg Cement” kimi şirkət də Gürcüstan bazarını tərk etdi. Bu, bizim ən iri investisiyalarımızdan biri idi. Şirkət öz payını satıb. Beləliklə, tendensiya yaxşı deyil”, - deyə Peter Fişer BM-nin efirində qeyd edib.