Hökumət 2024-cü il dövlət büdcəsində real iqtisadi artım proqnozunu 5,2%-dən 9%-ə qaldırıb
28.11.2024 12:35
169
İqtisadiyyat
A
Hökumət 2024-cü il dövlət büdcəsində real iqtisadi artım proqnozunu 5,2%-dən 9%-ə qaldırıb

2024-cü ilin dövlət büdcəsində Gürcüstan hökuməti real iqtisadi artım proqnozunu 5,2%-dən 9%-ə qədər artırıb.

Aktual.ge xəbər verir ki, bu barədə bu gün Parlamentdə “Gürcüstanın 2024-cü il dövlət büdcəsi haqqında” Gürcüstan qanununa dəyişikliklərlə bağlı Gürcüstan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş qanun layihəsinin müzakirəsi başlayıb.

Layihəyə əsasən, 2,8% proqnozlaşdırılan inflyasiya səviyyəsi 1,0%-ə endirilib.

Qanun layihəsinin izahatında qeyd edilib ki, cari ildə iqtisadi meyllər büdcənin planlaşdırılması zamanı proqnozlaşdırılandan xeyli yüksək olmuşdur.

“Bu mərhələdə 2024-cü il üçün əsas iqtisadi və fiskal parametrlərin yekun proqnozları təqdim olunur, yəni: ÜDM-in real artım proqnozu - 9,0%; ÜDM deflyatoru - 3,1%; Orta inflyasiyanın səviyyəsi - 1,0%; Nominal ÜDM - 90 895,2 milyon lari; Adambaşına düşən ÜDM - 9 027,3 ABŞ dolları birləşdirilmiş büdcənin vergi daxilolmaları - 23 260,0 milyon lari; birləşdirilmiş büdcənin xərc hissəsi - 29 980,0 milyon lari; İcmal büdcə kəsiri - ÜDM-in 2,5%-i; Dövlət borcu - ÜDM-in 36,8%-i. Yuxarıda qeyd olunan parametrlər əsasında icmal büdcənin vergi daxilolmaları 1207,0 milyon lari artır ki, bu da cari ildə müəyyən edilmiş əlavə tələbatların maliyyələşdirilməsinə imkan yaradır”, - deyə qanun layihəsinin izahatında deyilir.

Sənədə əsasən, birləşdirilmiş büdcənin gəlirlərinin plan (ilkin plan) göstəricisi 1 218 milyon lari artaraq 25 616,0 milyon lari məbləğində müəyyən edilib.

Həmçinin dəyişikliyə əsasən, dövlət büdcəsindən ayrılan vəsaitlər ümumilikdə 25 930,4 milyon lari təşkil edib ki, bu da təsdiq edilmiş planla müqayisədə 900,0 milyon lari çoxdur.

Büdcə ayırmalarının dəyişiklikləri aşağıdakı istiqamətlərdə planlaşdırılır:

  • Gürcüstanın işğal altındakı ərazilərindən qaçqınların, əmək, sağlamlıq və sosial müdafiə nazirliyinin ayırmaları 240,0 milyon lari artırılaraq 8 069,2 milyon lari təşkil edəcək;
  • Gürcüstanın təhsil, elm və gənclər nazirliyinin maliyyəsi 37,0 milyon lari artırılaraq 2 545,0 milyon lari olacaq;
  • Gürcüstanın mədəniyyət və idman nazirliyinin maliyyəsi 34,5 milyon lari artırılaraq 506,5 milyon lari təşkil edəcək;
  • Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirliyinin ayırmaları ümumilikdə 18,7 milyon lari azalaraq 782,3 milyon lari olacaq;
  • Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyinin ayırmaları 50,0 milyon lari artırılaraq 738,0 milyon lari təşkil edəcək;
  • Gürcüstanın regional inkişaf və infrastruktur nazirliyinin ayırmaları 347,0 milyon lari artırılaraq 3 747,7 milyon lari olacaq;
  • Gürcüstanın daxili işlər nazirliyinin ayırmaları, ilin sonunda polis işçilərinin maddi təşviqi məqsədilə 20,0 milyon lari artırılaraq 1 280,0 milyon lari təşkil edəcək;
  • Gürcüstanın müdafiə nazirliyinin ayırmaları 210,0 milyon lari artırılaraq 1 590,0 milyon lari olacaq;
  • Gürcüstanın dövlət təhlükəsizliyi xidmətinin maliyyəsi 5,0 milyon lari artırılaraq 215,0 milyon lari təşkil edəcək;
  • Gürcüstanın ədliyyə nazirliyinin maliyyəsi 9,0 milyon lari artırılaraq 423,7 milyon lari olacaq;
  • Xarici işlər nazirliyinin maliyyəsi 2,2 milyon lari artırılaraq 189,7 milyon lari təşkil edəcək.
ŞƏRH YAZ
3