Düşünürəm ki, bu gün hamımız tamamilə yeni bir reallığa oyandıq. Biz cənab Kobaxidzenin Gürcüstanın yaxın 4 ildə Aİ-yə üzvlük prosesinin dayandırılması barədə bəyanatını eşitdik. Təbii ki, bu son dərəcə təəssüf doğurur.
Aktual.ge xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.
"Yadımdadır, 2 il əvvəl, mən Gürcüstanda olarkən, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen açıq şəkildə demişdi: "Gürcüstan Avropa Birliyinə məxsusdur, Gürcüstansız Avropa Birliyi tam olmayacaq". Mən fəxr edirdim ki, Avropa İttifaqı qapılarını Gürcüstana açdı, biz Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verdik və dünən baş verənlər Gürcüstanın əvvəlki hökumətinin siyasətinə, Gürcüstanın bütün əvvəlki hökumətlərinin siyasətinə açıq şəkildə ziddir. Bu, həm də Gürcüstan əhalisinin böyük əksəriyyətinin istəklərinə ziddir. Amma təbii ki, Gürcüstan müstəqil ölkədir, suveren ölkədir və onun Avrointeqrasiya yolu ilə getmək istəyib-istəməməsi Gürcüstanın öhdəsindədir, fikrimcə, bu, çox acınacaqlı və ürəkağrıdıcıdır", – səfir bildirib.