Kateqoriyalar
Aksiya zamanı xəsarət alanlar arasında media nümayəndələri də var.
Aktual.ge xəbər verir ki, onlardan biri, "Formula" teleşirkətinin jurnalisti Quram Roqavadır. O, başından və üzündən xəsarət alaraq xəstəxanaya aparılıb. Lakin, Quram Roqava sosial şəbəkədə yazdığına görə, hazırda özünü normal hiss edir.
Ötən gecə isə Rustaveli prospektində “Azadlıq” radiosunun jurnalisti Davit Tsaqareli də yaralanıb. Onun vəziyyəti hazırda qənaətbəxşdir.