Müdafiə Nazirliyinin 40 əməkdaşı hökumətin qərarı ilə razılaşmayaraq bəyanat yayıb.
Aktual.ge bəyanatı təqdim edir:
“Gürcüstanın Müdafiə Nazirliyinin əməkdaşları olaraq bizim əsas vəzifəmiz dövlətin təhlükəsizliyini gücləndirmək, müdafiə qabiliyyətinin artırılmasının qayğısına qalmaq və Gürcüstan Konstitusiyasına sadiqlikdir. Gürcüstan Müdafiə Nazirliyi uzun illərdir ki, bir tərəfdən müdafiə qüvvələrini gücləndirməklə, digər tərəfdən isə Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyasını təşviq etməklə ölkənin milli maraqlarına uğurla xidmət edir.
Avropa və Avro-Atlantika inteqrasiyası ölkənin təhlükəsizliyini və suverenliyini daha da möhkəmləndirmək üçün alternativ yol olmaqla yanaşı, həm Gürcüstanın Konstitusiyası, həm də bütün konseptual sənədlərlə təsdiq edilmiş xarici və təhlükəsizlik siyasətinin əsas prioritetidir.
Gürcüstanın Avropa və Avroatlantik strukturları ilə əməkdaşlığının əhəmiyyətini və Gürcüstanın müdafiə və çəkindirmə qabiliyyətinin inkişafı prosesinə Qərb tərəfdaşlarının töhfəsini dərk edərək, biz Gürcüstan Konstitusiyasının 78-ci maddəsində qeyd olunan öhdəliyə sadiq qalırıq. Biz Gürcüstana xidmət edirik!”, - bəyanatda qeyd olunub.