Gürcüstanın yeri Avropadadır! - Hakimlərin birgə bəyanatı
29.11.2024 17:20
2582
Siyasət
A
Gürcüstanın yeri Avropadadır! - Hakimlərin birgə bəyanatı

Gürcüstanın bəzi hakimləri, ölkədə baş verən hadisələrə münasibət bildirərək, birgə bəyanatla çıxış edirlər.

Aktual.ge xəbər verir ki, onlar zorakılığı pislədiklərini və Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin tələblərinə zidd olan hər hansı qərar və addıma qarşı çıxdıqlarını bildirirlər.

"Biz Gürcüstan hakimləri hesab edirik ki, bu gün qanunun aliliyi, insan hüquqlarının müdafiəsi və ölkənin Avropa gələcəyini təmin etmək baxımından öz mövqeyimizi ucadan və birmənalı şəkildə bildirmək bizim konstitusiya borcumuzdur.

Peşə etikası çərçivəsində ölkədə gedən siyasi proseslərə münasibətdə siyasi neytrallığı qoruyuruq, eyni zamanda zorakılığı pisləyir, Gürcüstan Konstitusiyasının 78-ci maddəsinin tələblərinə zidd olan istənilən qərar və addımdan uzaqlaşırıq.

Biz hakimin Allah və millət qarşısında verdiyi andına sadiq qalırıq və inanırıq ki, Gürcüstanın Avropaya inteqrasiyasına alternativ yoxdur.

Gürcüstanın yeri insan ləyaqətinin, azadlığının və sülhün ən vacib dəyərlər olduğu yerdir!

Ona görə də Gürcüstanın yeri Avropadır! Ərizə istənilən hakimin imzası üçün açıqdır", - hakimlərin birgə bəyanatında deyilir.

 

ŞƏRH YAZ
5