ABŞ səfirindən Gürcüstan hökumətinə çağırış
29.11.2024 18:03
3148
Siyasət
A
ABŞ səfirindən Gürcüstan hökumətinə çağırış

“Gürcü Arzusu”nu öz hərəkətlərini nəzərdən keçirməyə və Gürcüstanı Avropa İttifaqına, Qərb inteqrasiyasına və demokratiya yoluna qaytarmağa çağırıram. Bu, Gürcüstan xalqının aydın əksəriyyətinin istəyidir.

Aktual.ge xəbər verir ki, bu ABŞ-ın Gürcüstandaki fövqaladə və səlahiyyətli səfiri Robbin Duniqan ölkədə baş verən son proseslərlə bağlı verdiyi bəyanatda deyilir.

Diplomatın bəyanatını olduğu kimi təqdim edirik:

“Bir ildən artıqdır ki, Gürcüstandayam. Bu müddət ərzində ABŞ və Gürcüstan arasında ikitərəfli əlaqələrin yaxşılaşdırılması və Gürcüstanın Avroatlantik inteqrasiyasına dəstək vermək üçün çalışmışam. Təəssüf ki, baş nazirin 'Gürcü Arzusu'nun növbəti dörd il ərzində Avropa İttifaqına üzvlük danışıqlarını başlamağı planlaşdırmaması ilə bağlı bəyanatı hökumətin qərbə inteqrasiya kursuna sədaqətini yenidən şübhə altına alan son hərəkət oldu.

Qeyd etmək lazımdır ki, hökumətin bu bəyanatı Kremlin dərhal alqışını qazandı. Dünən gecə biz hamımız polis tərəfindən etiraz iştirakçılarına və jurnalistlərə qarşı zorakılıq törədilməsinin şahidi olduq. Hökuməti Gürcüstan vətəndaşlarının dinc etiraz hüququna və etirazların təhlükəsiz işıqlandırılması üçün mətbuat azadlığına hörmət etməyə çağırıram. 'Gürcü Arzusu'nu öz hərəkətlərini nəzərdən keçirməyə və Gürcüstanı Avropa İttifaqına, qərb inteqrasiyasına və demokratiya yoluna qaytarmağa çağırıram. Bu, Gürcüstan xalqının aydın əksəriyyətinin istəyidir. Münasibətlərin düzəldilməsi üçün addımlar atmaq hökumətin üzərinə düşür, həmin münasibətlər Gürcüstanı 30 ildən artıqdır dəstəkləyən qərb ölkələri ilə bağlıdır”.


Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabr tarixində parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra Avropa İttifaqı ilə danışıqlar məsələsi barədə açıqlama verib. Xüsusilə, hakim partiyanın qərarına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların başlanması məsələsini gündəmə gətirməyəcək. Baş nazirin sözlərinə görə, Gürcüstan həmçinin, 2028-ci ilin sonuna qədər Avropa İttifaqından hər hansı büdcə qrantını qəbul etməkdən imtina edir.

Baş nazirin sözügedən bəyanatından sonra bir anda Tbilisi qarışıb, xalq küçələrə axın edib, Parlamentin önünə minlərlə insan toplanaraq etiraz aksiyası keçirib. 29 Noyabr gecə saat 02:00 radələrində aksiya daha da şiddətlənib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında qarşıdurma yaranıb. Nəticədə onlarla etirazçı yalanıb və saxlanılıb. Eyni zamanda 43 nəfər polis əməkdaşı yaralanıb.

ŞƏRH YAZ
4