Kateqoriyalar
Noyabrın 29-da keçirilən hərraclar nəticəsində London birjasında “Bank of Georgia Group” və “TBC Bank Group”un səhmlərinin qiymətləri ucuzlaşıb.
Aktual.ge xəbər verir ki, birjada “Bank of Georgia Group”un səhmlərinin qiyməti 5,21% ucuzlaşıb. Bir səhmin qiyməti 4,755 funt sterlinqə bərabərdir.
TBC Banka gəlincə, "TBC Bank Group"un səhmlərinin dəyəri 6,37% azalıb, bu da bir səhmin qiymətinin 3,020 funt sterlinq olması deməkdir.