Nazir müavini:
29.11.2024 20:26
626
Siyasət
A
Nazir müavini: "Dünən Rustaveli prospektində keçirilən aksiya dinc xarakter daşımırdı"

"Dünən Rustaveli prospektində keçirilən aksiya dinc xarakter daşımırdı, orada zorakılıq aktları baş verdi və buna görə də polis reaksiya verməyə məcbur oldu".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze dünən Rustaveli prospektində keçirilən aksiyaya münasibət bildirib.

"Qeyd etmək istəyirəm ki, olduqca çətin bir gecə idi və polis bütün gecə boyu reaksiya göstərmək məcburiyyətində qaldı. Siz də gördünüz ki, bu aksiya dinc şəkildə keçmirdi. Çox aqressiv hücumlar oldu, o cümlədən daş atılması və müxtəlif əşyaların istifadəsi. Cəmiyyət də şahid oldu ki, Rustaveli prospekti ətrafındakı xüsusi mülkiyyətlərdən müəyyən əşyalar çıxarılır, barrikadalar qurulur, od vurulur və daha sonra pirotexnika atılır. Buna görə də zorakılıq aktları baş verdi və polis reaksiya vermək məcburiyyətində qaldı. Polis qanunun tələblərinə uyğun olaraq zorakılıq aktlarına cavab olaraq məcburi tədbirlər həyata keçirdi" , - deyə nazir müavini vurğulayıb.

ŞƏRH YAZ
36