Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə, hüquq-mühafizə orqanları əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırır.
Aktual.ge xəbər verir ki, qurum izah edir ki, əks halda Daxili İşlər Nazirliyi qanunla ona verilmiş səlahiyyət çərçivəsində fəaliyyət göstərəcək.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aksiya iştirakçılarına, onların etirazlarının qanunla icazə verilən sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən kənara çıxmaması ilə bağlı çoxsaylı müraciətlərə baxmayaraq, toplaşanların bir qismi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə üz-üzə gəlib, onları şifahi təhqir edib, işıqlandırma fənərlərini və digər avadanlıqları zədələyib, elektrik naqillərini yandırıb, həmçinin polislərə naməlum əşyalar atıb. Nəticədə bir polis əməkdaşı yaralanıb.
Mitinq iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə və hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırırıq. Əks halda, Daxili İşlər Nazirliyi ona qanunla verilmiş mandat çərçivəsində fəaliyyət göstərəcək və Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərdən istifadə edəcək", - deyə məlumatda bildirilir.