Kateqoriyalar
Son dəqiqə məlumatına görə, Tbilisidə polis parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə etməyə başlayıb.
Aktual.ge xəbər verir ki, xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.
Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər. Eyni zamanda polisin aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi məlum olub.
Hüquq-mühafizə orqanları əməkdaşları aksiyaya müdaxiləsi zamanı onlarla nümayişçinin yaralandığı görülüb.