Dörd jurnalist hökumət yönlü "Rustavi " telekanalını tərk edib.
Aktual.ge məlumat verir ki, etiraz əlaməti olaraq mediadan ayrılan jurnalistlər bunlardır:
Mariam Menabde, Vano Qavaşeli, Beka Paturaşvili və Mariam Canelidze.
Jurnalistlərin hökumət yönümlü telekanaldan istefa verməsinə Prezident Salome Zurabişvili sosial şəbəkə hesabında münasibət bildirib. O, məsələyə toxunaraq, indi növbənin İctimai Yayımçıda (Birinci Kanal) olduğunu qeyd edib.
"Jurnalist öz həmkarının qəddar hücuma məruz qalmasına göz yummamalıdır... Kimsə ilk addımı atmalıdır, çünki qala içəridən çökür! İndi növbə İctimai Yayımçıdadır" , – deyə Prezident qeyd edib.
Qeyd edək ki, son günlər Tbilisidə davam edən aksiyalarda prosesi işıqlandıran onlarla jurnalist hüquq-mühafizə orqanları əməkdaşlarının hücumuna məruz qalıb. Onların arasında ağır yaralılar da var.