Tbilisidən başqa, Batumi, Zuqdidi, Kutaisi və Telavidə etiraz aksiyaları başlayıb.
Aktual.ge İpn-ə istinadən xəbər verir ki, Kvareli və Qurcaani bələdiyyələrində də aksiyalar planlaşdırılır.
Belə ki, etirazçılar “Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlük prosesinin 2028-ci ilə qədər dayandırılmasına etiraz edirlər.
Kutaisidə vətəndaşlar meriyanın qarşısına toplaşıb, Rustaveli prospektini bağlayıblar. Zuqdididə etiraz yürüşü keçirilib.
Batumidə etiraz aksiyası bir neçə gündür davam edir. Dünən Acara Ali Şurasına toplaşan vətəndaşlar bu gün Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Merab Turavanın iqamətgahının ətrafına toplanıblar.
Hazırda etiraz aksiyası paytaxt Tbilisinin bir neçə yerində, o cümlədən “Gürcüstanın Birinci Kanalı”nın önündə keçilir.
Saat 19:00-da vətəndaşlar Gürcüstan Hökumət Administrasiyası və parlamentin önünə yığışacaqlar.