Son xəbərinə görə, hazırda paytaxt Tbilisidə, Parlament binasının yerləşdiyi mərkəzi Rustaveli prospektində aksiya növbəti izdihamlı başlayıb.
Aktual.ge xəbər verir ki, on minlərlə insanın toplandığı Rustaveli prospektində nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Etirazçılar ənənələrinə sadiq qalaraq əllərində Avropa və Gürcüstan bayraqları dalğalandıraraq "Yaşasın Gürcüstan", "Ruslar", "Get-get" şüarları səsləndirirlər.
Etirazçılar hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 4 il müddətinə dayandırması qərarına etiraz edirlər. Aksiyaya Qərbyönlü müxalifət partiyalarının liderləri və tərəfdarları, o cümlədən QHT rəhbərləridə qatılıb.
Parlament binası hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Əraziə Daxili İşlər Nazirliyinə bağlı bütün polis qüvvələri cəlb olunub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabrda parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra Avropa İttifaqı ilə danışıqlarla bağlı açıqlama verib. Hakim partiyanın qərarına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddətdə hər hansı büdcə qrantını qəbul etməyəcək.
Baş nazirin bu bəyanatından sonra Tbilisidə gərginlik artıb. Minlərlə insan Parlamentin önünə toplaşaraq etiraz aksiyası keçirib. 29 noyabr gecəsi aksiya daha da şiddətlənib, etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində onlarla etirazçı saxlanılıb, 43 polis əməkdaşı yaralanıb.