Aksiya başlayandan qısa müddət sonra burada olan şəxslərin bəzilərinin hərəkətləri zorakılığa çevrilib.
Aktual.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, xüsusilə, aksiya iştirakçıları qanunvericilik binasının bəndlərini zədələyib, həmçinin daş və digər əşyalardan istifadə etməklə parlamentin fasadındakı on pəncərəni sındırıblar.
DİN aksiya iştirakçılarını qanunla müəyyən edilmiş dinc çərçivədə etiraz aksiyası keçirməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırır.
“Parlamentin yaxınlığında davam edən aksiya ilə əlaqədar polis bölmələrinin nümayəndələri səfərbər olunub və ictimai asayişi qoruyur.
Eyni zamanda aksiyada olan insanlar pirotexniki vasitələri, daşları, müxtəlif ağır əşyaları səfərbər ediblər ki, yəqin ki, bundan sonra da hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı istifadə edəcəklər.
Bir daha aksiyanın hər bir iştirakçısını qanunla müəyyən edilmiş dinc çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırırıq. Polis tərəfindən hər bir qanun pozuntusunun ardınca müvafiq hüquqi cavab veriləcək”, - məlumatda deyilir.