SON DƏQİQƏ! DTX-dan bəyanat və çağırış
30.11.2024 21:55
15369
Siyasət
A
SON DƏQİQƏ! DTX-dan bəyanat və çağırış

Bəzi şəxslər Gürcüstan Parlamentinin qarşısında davam edən etirazlar zamanı təxribatlar təşkil etməyə çalışır. Bu təxribatların məqsədi dağıdıcı və zorakı ssenarilərin həyata keçirilməsidir. Bu proseslər konkret siyasi partiya liderləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən idarə olunur və onların əsas məqsədi hakimiyyəti zorakı yolla ələ keçirməkdir.

Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı bəyanatda qeyd olunub.

DTX etiraz aksiyalarında iştirak edən şəxslərə müraciət edərək "ehtiyatlı olmağa və istər bilərəkdən, istərsə də bilmədən planlaşdırılmış təxribatın iştirakçısına çevrilməməyə" çağırır.

Bəyanatda vurğulanıb ki, qurum hakimiyyətin zorakı yolla devrilməsi ilə bağlı davam edən istintaq çərçivəsində hadisələri diqqətlə izləyir və bildirir ki, dağıdıcı hərəkətlərin həyata keçirilməsi istintaq çərçivəsində qiymətləndiriləcəkdir.

"Son günlər ölkədə baş verən hadisələr göstərdi ki, planlaşdırılmış dağıdıcı proseslər Dövlət Təhlükəsizlik Xidmətində hakimiyyətin zorakı yolla devrilməsi işi üzrə istintaq yolu ilə əldə edilmiş faktiki məlumatlara uyğun olaraq irəliləyir. Bu barədə dəfələrlə ictimaiyyəti məlumatlandırmışıq.

Hakimiyyətin zorakı yolla devrilməsi üzrə cinayətkar ssenarinin və onun həyata keçirilməsi ilə bağlı işə əlavə edilmiş sübutların bir hissəsini ictimaiyyətlə paylaşmışıq. Bu sübutlar iş üzrə həyata keçirilmiş müxtəlif istintaq tədbirləri, o cümlədən şahidlərin dindirilməsi yolu ilə əldə edilmişdir.

İctimaiyyətə xatırladırıq ki, bəzi şəxslər Gürcüstan Parlamentinin qarşısında davam edən etirazlar zamanı təxribatlar təşkil etməyə çalışır. Bu təxribatların məqsədi konkret siyasi partiya liderləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri tərəfindən idarə olunan dağıdıcı və zorakı ssenarilərin həyata keçirilməsidir. Onların əsas məqsədi hakimiyyəti zorakı yolla ələ keçirməkdir.

Etiraz aksiyalarında iştirak edən şəxslərə müraciət edirik: ehtiyatlı olun və bilərəkdən və ya bilmədən planlaşdırılmış təxribatın iştirakçısına çevrilməyin. Davam edən istintaq çərçivəsində hadisələri diqqətlə izləyirik və bildiririk ki, dağıdıcı hərəkətlərin həyata keçirilməsi istintaq çərçivəsində qiymətləndiriləcəkdir.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətində hakimiyyətin zorakı yolla devrilməsi faktı ilə bağlı istintaq aparılır. Bu cinayət Gürcüstan Cinayət Məcəlləsinin 315-ci maddəsinin birinci hissəsi ilə nəzərdə tutulur və bu, beş ildən səkkiz ilədək həbs cəzasını nəzərdə tutur" , - bəyanatda deyilir.

ŞƏRH YAZ
36