Salome Zurabişvili
30.11.2024 22:04
569
Siyasət
A
Salome Zurabişvili "legitim parlament" seçilənə qədər mandatının davam edəcəyini açıqlayıb

Gürcüstan Prezidenti Salome Zurabişvili "legitim parlament" seçilənə qədər mandatının davam edəcəyini açıqlayıb.

Aktual.ge xəbər verir ki, o, bu barədə ictimaiyyətə müraciətində bildirib.

Ölkə başçısı hesab edir ki, mövcud Parlament legitim deyil, bu səbəbdən də prezident seçmək səlahiyyəti yoxdur.

"Parlament legitim deyil, ona görə də qeyri-legitim parlament yeni prezident seçə bilməz. Ona görə də inauqurasiya olmayacaq və mənim mandatım legitim parlament olana qədər davam edəcək", - Salome Zurabişvili ifadə edib.

Zurabişvili sabah ictimaiyyət nümayəndələrinin və partiya liderlərinin bir araya gələrək proseslərin siyasi hissəsini idarə edəcəyini, özünün isə siyasi prosesə rəhbərlik edəcəyini qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamenti 14 dekabra Prezident seçkiləri təyin edib. Prezident ümumxalq səsverməsi yolu ilə deyil, parlament üzvlərinin də daxil olduğu 300 nəfərlik seçicilər kollegiyası tərəfindən müəyyən ediləcək.

ŞƏRH YAZ
6