30.11.2024 22:34
3629
Siyasət
A
"TBC Bank" və "Bank of Georgia" bəyanat verir

TBC Bank ölkədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Aktual.ge xəbər verir ki, bəyanatda qeyd olunub ki, Avropa inteqrasiyasının müvəqqəti dayandırılması Gürcüstan xalqının iradəsinə və Gürcüstan Konstitusiyasına ziddir.

"TBC, Gürcüstanın aparıcı maliyyə institutu və London Birjasında qeydiyyatda olan şirkət olaraq, 32 illik tarixi ərzində həmişə Gürcüstanın milli maraqlarının keşiyində durmuş və duracaq. Gürcüstanın Avropa və Avro-Atlantik gələcəyi ölkəmizin mütləq əksəriyyətinin tarixi seçimidir və bu seçim Gürcüstan Konstitusiyasının 78-ci maddəsi ilə təsdiqlənmişdir. Biz əminik ki, Avropa inteqrasiyasının müvəqqəti dayandırılması Gürcüstan xalqının iradəsinə və Konstitusiyasına ziddir.

TBC həmişə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasının şərtsiz dəstəkçisi olub və belədə qalacaq. Biz azadlıq və Avropa yolunda mübarizə aparan Gürcüstan xalqının yanındayıq və dinc nümayişçilərə qarşı zorakılığı qətiyyətlə pisləyirik. Birlikdə Gürcüstan üçün qələbə qazanacağıq" , - deyə bəyanatda vurğulanıb.

London Brijasında qeydiyyatda olan Gürcüstanın əsas banklarından biri olan "Bank of Georgia" da oxşar bəyanat verib.

"Xüsusi əhəmiyyət kəsb edən adı ilə seçilən Gürcüstan Bankı üçün ölkənin Avropa inteqrasiyasına gedən yolunun alternativi yoxdur. Avropa yolunda - dayanma!" , - bəyanatda qeyd olunub.


Gürcüstanın Baş naziri İrakli Kobaxidze 28 noyabrda parlament çoxluğu və hökumət komandası ilə görüşdən sonra Avropa İttifaqı ilə danışıqlarla bağlı açıqlama verib. Hakim partiyanın qərarına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamayacaq və bu müddətdə hər hansı büdcə qrantını qəbul etməyəcək.

Baş nazirin bu bəyanatından sonra Tbilisidə gərginlik artıb. Minlərlə insan Parlamentin önünə toplaşaraq etiraz aksiyası keçirib. 29 noyabr gecəsi aksiya daha da şiddətlənib, etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurma yaranıb. Hadisə nəticəsində onlarla etirazçı saxlanılıb, 43 polis əməkdaşı yaralanıb.

ŞƏRH YAZ
8