Dekabrın 6-dək gözlənilən hava şəraiti - RƏSMİ
03.12.2024 00:47
4297
Maraqlı
A
Dekabrın 6-dək gözlənilən hava şəraiti - RƏSMİ

Milli Ətraf Mühit Agentliyi 3-5 dekabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Aktual.ge xəbər verir ki, 6 dekabra qədər Gürcüstanda əsasən yağıntısız hava şəraiti müşahidə olunacaq.

Qərbi Gürcüstan:

Gündüz saatlarında havanın temperaturu +15, +17 dərəcəyə qədər yüksələcək.

Paytaxt Tbilisi şəhəri:

Yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +9, +11 dərəcə olacaq.

Sahil bölgələri (Batumi, Kobuleti, Anaklia, Poti):

Əsasən yağıntısız hava şəraiti müşahidə olunacaq. Gündüz saatlarında havanın temperaturu +14, +17 dərəcəyə qədər yüksələcək.

Kvemo Kartli (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali):

Yağıntısız hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz saatlarında +6, +11 dərəcə olacaq.

Kaxeti (Saqareco, Telavi, Qurcaani, Siqnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplistskaro):

Əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +6, +11 dərəcə olacaq.

ŞƏRH YAZ
4