Son dəqiqə xəbərinə görə, müxalif “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri Nika Qvaramiyan inzibati pozuntular ittihamı ilə saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nika Qvaramiya İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qanun pozuntusu ilə əlaqədar saxlanılıb.
Hazırda hadisə ilə bağlı əlavə detallar məlum deyil.
Qeyd edək ki, Nika Qvaramiya polis tərəfindən partiya "Droa"nın ofisinin qarşısında saxlanılıb. Həmin vaxt ofisdə axtarış aparılırdı.
Hadisədən əvvəl sözlü və fiziki qarşıdurma baş verib. Belə ki, Qvaramiyanın, nümayəndə kimi axtarışı müşahidə etmək üçün ofisə buraxılma tələbi mübahisəyə səbəb olub. Polis əməkdaşları isə ona axtarışın artıq başladığını, yerində nümayəndənin olduğunu və “maneçilik törədildiyi halda qanuna uyğun tədbirlər görüləcəyini” bildiriblər.