Kateqoriyalar
Verdiyimiz son dəqiqə xəbərinə görə, Tbilisidə Parlament binasının önündə etiraz aksiyası bərpa 7-ci günündə də başlayıb.
Aktual.ge xəbər verir ki, hazırda aksiyada hökumət əleyhinə şüarlar səsləndirilir.
Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib. Azadlıq Meydanında su reaktiv maşınları və xüsusi təyinatlılar hazırda gözləyir.
Azadlıq metrostansiyasının yaxınlığında isə polis vətəndaşları saxlayır. Polislər bildirir ki, vətəndaşların üzərində yoxlama aparılacaq.