Zaxarova:
04.12.2024 23:19
532
Siyasət
A
Zaxarova: "Tbilisi istəyərsə, Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır"

"Tbilisi nə dərəcədə münasibətləri normallaşdırmağa hazır olarsa, Rusiya da o qədər buna hazır olacaq”.

Aktual.ge xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Gürcüstanla ikitərəfli münasibətlərin normallaşdırılmasının gələcək perspektivlərinə gəlincə, Tbilisi buna hazır olduğu dərəcədə biz də bu yolla getməyə hazırıq.

Gürcüstan Prezidenti Salome Zurabişvilinin fəaliyyətinə hüquqi qiymət respublikanın səlahiyyətli orqanları tərəfindən verilməlidir.

Qərblilərdən fərqli olaraq, biz ölkələrin daxili işlərinə qarışmırıq. Salome Zurabişviliyə gəlincə, onun prezident kimi səlahiyyətləri bir həftə yarımdan sonra başa çatır.

Biz hesab edirik ki, onun fəaliyyətinə hüquqi qiymət Gürcüstanın səlahiyyətli orqanları tərəfindən verilməlidir",-deyə o bildirib.

ŞƏRH YAZ
29