Kateqoriyalar
Marneulidə gecə saatlarında avtomobil aptekə çırpılıb.
Aktual.ge-nin verdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobil Rustaveli küçəsi 114 ünvanında yerləşən aptekə çırpılıb.
Hadisə zamanı sürücünün sərxoş olduğu və idarəetməni itirdiyi məlum olub. Aptekin ön giriş hissəsi isə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.