KİV: Aksiyalarda iştirak edən Xüsusi Təyinatlıların DİN-dən gizli siyahısı sızdırılıb
05.12.2024 11:22
1627
Siyasət
A
KİV: Aksiyalarda iştirak edən Xüsusi Təyinatlıların DİN-dən gizli siyahısı sızdırılıb

Bu günlərdə Tbilisidə davam edən aksiyalarda insanlara qarşı qeyri-insani və zorakı davranışlar, habelə saxlanılmalarında iştirak edən xüsusi təyinatlılar və onların rəhbərlərinin siyahısı açıqlanıb.

Aktual.ge xəbər verir ki, siyahını "Mtavari Arkhi" telekanalı yayıb.

Telekanal bildirib ki, onlara siyahını Daxili İşlər Nazirliyindən gizli mənbə göndərib.

"Bu zorakılıq törədənlər artıq bir həftədən çoxdur ki, ölkənin qeyri-legitim hakimiyyəti tərəfindən Gürcüstanın Rusiyaya təslim edilməsinə etiraz edən insanlara amansızlıqla divan tutur. İvanişvilinin xüsusi təyinatlıları şəxsiyyətlərinin tanınmaması üçün identifikasiya nömrələri və maskalar olmadan fəaliyyət göstərirlər. Lakin indi onların adlarını bütün Gürcüstan, həmçinin onların ailələri, dostları və yaxınları biləcək. Biz hesab edirik ki, yıxılan gənclərin üzünə təpiklə zərbə vuran, məqsədli şəkildə qaz kapsullarını atan, qadağan olunmuş kimyəvi maddələrlə insanları zəhərləyən və saxlanıldıqdan sonra qandallanmış şəxslərə amansızcasına divan tutan zorakılıq törədənlərin adlarını və soyadlarını hamı bilməlidir. Onlarla yaralı bu gün də müalicə olunur, 22 yaşlı bir gənc isə hələ də komadadır" , - "Mtavari Arkhi" qeyd edib və siyahını açıqlayıb:

Baş idarənin rəhbəri: İoseb Aravişvili

I İdarənin siyahısı:

  • Polis polkovniki: Zurab Giorgi oğlu Şiukaşvili - idarənin rəhbəri
  • Polis baş leytenantı: Giorgi Nodar oğlu Çabukaşvili - idarə rəisinin müavini

Tam siyahı bu linktə

ŞƏRH YAZ
4