Niderland Avropa İttifaqını Gürcüstanla vizasız rejimi dayandırmağa çağırır
05.12.2024 18:00
768
Dünya
A
Niderland Avropa İttifaqını Gürcüstanla vizasız rejimi dayandırmağa çağırır

Niderland Avropa İttifaqını Gürcüstanla vizasız gediş-gəliş haqqında razılaşmaları dayandırmağa çağırır.

Aktual.ge xəbər verir ki, bu barədə Niderlandın Xarici işlər naziri Kaspar Veldkamp sosial şəbəkə vasitəsilə açıqlama yayıb.

“Gürcüstanda nümayişçilərə və jurnalistlərə qarşı zorakılıq, eləcə də siyasətçilərin həbs olunması qəbuledilməzdir. Buna görə də Niderland Avropa İttifaqını Gürcüstanla vizasız gediş-gəliş haqqında razılaşmaları dayandırmağa çağırır. Baltikyanı ölkələrin artıq fərdi giriş qadağaları tətbiq etməsi müsbət addımdır”, – deyə Veldkamp qeyd edib.

ŞƏRH YAZ
26