Tbilisidə aksiya bərpa olundu
05.12.2024 20:51
1655
Siyasət
A
Tbilisidə aksiya bərpa olundu

Tbilisidə pro-Avropa yönlü etiraz aksiyası bərpa olunub.

Aktual.ge xəbər verir ki, etirazçılar hazırda Rustaveli prospektində toplanır. 

Nümayişçilər hazırda paytaxtın mərkəzi Rustaveli prospektini nəqliyyatın hərəkətinə bağlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Parlamentin ətraf küçələrində: Çitadze və Çiçinadze küçələrində yerləşdirilib.

Aksiya iştirakçıları səkkizinci gündür ki, hökumətin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlanması məsələsinin gündəmə gətirilməməsi ilə bağlı noyabrın 28-də hökumətin qəbul etdiyi qərara etiraz edirlər.

ŞƏRH YAZ
9