Prezident: Kobaxidze istefa verməli, 2 həftəyə yeni seçkilər təyin edəcəm
06.12.2024 01:01
1665
Siyasət
A
Prezident: Kobaxidze istefa verməli, 2 həftəyə yeni seçkilər təyin edəcəm

Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edir ki, İrakli Kobaxidze vəzifəsindən getməli, 2 həftə ərzində isə növbədənkənar seçkilər təyin olunmalıdır.

Aktual.ge xəbər verir ki, İctimai Yayımçının efirində qonaq olan ölkə başçısı belə deyib.

Prezidentin sözlərinə görə, hazırda bu, yeganə çıxış yoludur.

"Baş nazir, hansı ki, böhranı həll edə bilmir və yalnız xalqa qarşı təhdidlərdən danışır, lakin siyasi kompromis axtarmaq barədə düşünmür, dəyişdirilməlidir. Bu baş nazir istefa verdiyi andan 2 həftə ərzində seçkilər təyin etməliyəm. Növbəti seçkilərin necə keçirilməsi razılaşdırılmalıdır. Bu, kompromisdir, bu, depolarizasiyadır, bu, ölkə üçün çıxış yoludur, bu, sabitlikdir, bu, sülhdür, bu, gələcəkdir. Bu gələcək möhkəm, azad və demokratik olacaq" , - deyib Salome Zurabişvili.

ŞƏRH YAZ
10