SON DƏQİQƏ! Tbilisidə vəziyyət qarışdı:  Polis aksiyanı dağıtmağa başladı
07.12.2024 01:17
316
Siyasət
A
SON DƏQİQƏ! Tbilisidə vəziyyət qarışdı: Polis aksiyanı dağıtmağa başladı

Son dəqiqə: Tbilisidə Parlament binasının qarşısında davam edən aksiya zamanı Xüsusi Təyinatlılar etirazçıları dağıdıblar, hazırda nümayişçilər Respublika meydanına doğru hərəkət edirlər.

Aktual.ge xəbər verir ki, aksiyanı dağıtmaq üçün polis qüvvələri su şırnağından istifadə ediblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Rustaveli prospektində aksiyanı dağıdan zaman bir neçə nəfəri gözaltına alıb.

Hazırda paytaxtda vəziyyət gərgin olaraq qalmaqdadır. Polis vaxtaşırı su şırnağından istifadə edir.

ŞƏRH YAZ
17