Hər iki tərəfdə Xüsusi Təyinatlılar dayanıb: Etirazçılar faktiki olaraq mühasirədədir
07.12.2024 01:39
498
Siyasət
A
Hər iki tərəfdə Xüsusi Təyinatlılar dayanıb: Etirazçılar faktiki olaraq mühasirədədir

Tbilisidə vəziyyət gərgin olaraq qalır. Hazırda Parlamentin yaxınlığında, təxminən 100 metr irəlidə canlı sədd quran xüsusi təyinatlı qüvvələr və su şırnağı maşınları ilə yanaşı, Respublika Meydanında da xüsusi təyinatlı dəstələr mövqe tutub. Ərazidə əlavə su şırnağı maşınları yerləşdirilib.

Aktual.ge xəbər verir ki, Rustaveli prospektində hüquq-mühafizə orqanları aksiya iştirakçılarına qarşı vaxtaşırı su şırnağından istifadə edirlər.

Parlament ətrafındakı ərazinin aksiya iştirakçılarından təmizlənməsi zamanı xüsusi təyinatlı qüvvələr bir neçə dəfə "bibər spreyi" adlanan vasitədən istifadə edib. Hüquq-mühafizə orqanları aksiya iştirakçılarını vaxtaşırı saxlayır.

Hazırda Rustaveli prospektində və Respublika Meydanında xüsusi təyinatlı qüvvələrin canlı sədd qurması, aksiya iştirakçılarının faktiki olaraq mühasirəyə alınması kimi qiymətləndirilir.

ŞƏRH YAZ
20