Kateqoriyalar
Tbilisidə davam edən aksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları Parlament binasının yerləşdiyi Rustaveli Prospektindən tamamilə uzaqlaşdırıb.
Aktual.ge xəbər verir ki, su şırnağı və qaz bombaları ilə uzaqlaşdırılan etirazçıların bir hissəsi hazırda Kür çayının sağ sahilinə doğru yürüş edirlər.
Polisin müdaxiləsindən sonra aksiya iştirakçılarının böyük bir hissəsi Rustaveli Prospektini tərk edərək Kür çayının sağ tərəfinə doğru gediblər. Aksiyanın kiçik qrupları isə Rustaveli Prospekti ətrafındakı küçələrə hərəkət ediblər.