Dünən keçirilmiş aksiyada 50 nəfər saxlanılıb - DİN-dən AÇIQLAMA
07.12.2024 13:25
575
Kriminal
A
Dünən keçirilmiş aksiyada 50 nəfər saxlanılıb - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi ötən gecə Tbilisidə keçirilmiş etiraz aksiyasında baş verən hadisələrlə bağlı məlumat yayıb.

Aktual.ge xəbər verir ki, DİN-in rəsmi saytında verilən məlumatda bildirilib ki, etiraz aksiyasında iştirak edən bəzi şəxslərin hərəkətləri zorakılıq xarakteri alıb.

Məlumata əsasən, Çiçinadze (Parlamentin sağ tərəfi) küçəsində asayişin təmin olunması məqsədilə mövcud olan polis əməkdaşlarına qarşı əvvəlcədən ağaca quraşdırılmış pirotexnika atılıb.

Nazirliyin bildirdiyinə görə, aksiya zamanı polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq və xırda xuliqanlıq ittihamı ilə İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələrinə əsasən 48 nəfər saxlanılıb.

"Biz ictimaiyyətə məlumat vermək istəyirik ki, Rustaveli prospektində keçirilən aksiyalar zamanı qrup şəklində zorakılığın təşkili, idarə olunması və ya iştirak edilməsi, zorakılığa çağırış, həmçinin partlayış hazırlığı, polisə hücum və əmlakın zədələnməsi faktları ilə bağlı Cinayət Məcəlləsinin 225-ci, 239-1-ci, 187-ci, 353-1-ci və 18-229-1-ci maddələrinə əsasən istintaq aparılır.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları aparılmış əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup şəklində zorakılıqda iştirak ittihamı ilə daha 2 nəfəri saxlayıblar.

Saxlanılanlar 1995-ci il təvəllüdlü İ.Q. və 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaş S.K.-dır.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Rustaveli prospektində keçirilən aksiyalar zamanı qrup şəklində zorakılıq hərəkətləri həyata keçiriblər, polisin qanuni tələblərinə tabe olmayaraq müxtəlif əşyalar atıblar.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən istintaq çərçivəsində bu günə qədər 28 nəfər saxlanılıb.

Bundan əlavə, ötən gecə (7 dekabr - red.) Tbilisidə keçirilmiş etiraz aksiyasında baş verən hadisələr və aksiya iştirakçıları tərəfindən törədilmiş qanunsuz hərəkətlərlə bağlı ictimaiyyətə məlumat vermək istəyirik. Daxili İşlər Nazirliyinin əməkdaşları, digər toplantı və yürüşlərdə olduğu kimi, Rustaveli prospektində keçirilən aksiyalar zamanı da ictimai qaydanın və vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə səfərbər olunmuşdu.

Etiraz iştirakçılarına əvvəlki iki gün olduğu kimi, dinc şəraitdə etiraz etmək və aksiyanı davam etdirmək imkanı verilmişdi. Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına toplanışın və yürüşün qanun çərçivəsində və dinc keçirilməsinə dair müvafiq çağırışlar edib.

Lakin buna baxmayaraq, aksiya iştirakçılarının bir hissəsinin hərəkətləri zorakılıq xarakteri alıb. Aksiya üzvləri parlament binasına və qarşısında dayanan polis əməkdaşlarına pirotexnika atıblar.

Daha sonra Çiçinadze küçəsində asayişi qorumaq məqsədilə olan polis əməkdaşlarına qarşı ağaca əvvəlcədən quraşdırılmış pirotexnika atılıb. Həmçinin polis əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədilib, onların üzərinə daşlar və digər ağır əşyalar atılıb.

Etirazçıların atdığı pirotexnikadan Daxili İşlər Nazirliyinin bir [polis] əməkdaşı xəsarət alıb. Etirazçılar hüquq-mühafizə orqanlarının etirazı dinc formada ifadə etməyə dair çoxsaylı çağırışlarına baxmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər. Nəticədə Daxili İşlər Nazirliyi qanunla nəzərdə tutulan tədbirlər görərək xüsusi vasitələrdən istifadə edib.

Xüsusi vasitələrdən istifadə edilməzdən əvvəl aksiyanın iştirakçıları xəbərdar edilib.

Aksiya iştirakçıları daha sonra Rustaveli prospektindən Qəhrəmanlar meydanı istiqamətinə keçərək avtomobillərin hərəkətinə mane olub, avtomobil sərnişinləri ilə münaqişəyə giriblər. Etiraz aksiyası zamanı polis qanuni tələblərinə tabe olmamaq və xırda xuliqanlıq ittihamları ilə İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələrinə əsasən 48 nəfər saxlanılıb" , - deyə DİN tərəfindən yayılan məlumatda qeyd olunub.

ŞƏRH YAZ
23