AK: Gürcüstan viza siyasətinin uyğunlaşdırılmasında heç bir irəliləyiş əldə etməyib
07.12.2024 16:55
555
Dünya
A
AK: Gürcüstan viza siyasətinin uyğunlaşdırılmasında heç bir irəliləyiş əldə etməyib

Avropa Komissiyası viza siyasətinin uyğunlaşdırılması məsələsində Gürcüstandan irəliləyiş gözləyir.

Aktual.ge xəbər verir ki, bu barədə Avropa Komissiyasının “Viza dayandırma mexanizmi” ilə bağlı yeddinci hesabatında deyilir.

“Gürcüstan viza siyasətinin daha da uyğunlaşdırılması baxımından irəliləyiş əldə etməyib. Əksinə, 2024-cü ilin aprelində Çinlə vizasız gediş-gəliş haqqında saziş imzalandıqdan sonra Avropa İttifaqının viza siyasətindən uzaqlaşmanı artırıb" - vurğu edilən hesabatda qeyd olunub:

"Gürcüstan bildirir ki, Aİ ilə birbaşa quru sərhədi olmadığı üçün viza siyasətinin az uyğunlaşdırılması qeyri-leqal miqrasiya və ya təhlükəsizlik baxımından Avropa İttifaqı üçün risk yaratmır. Lakin Komissiya xatırladır ki, viza siyasətinin uyğunlaşdırılması Aİ-nin qonşuluğunda olan bütün ölkələr və Aİ-yə üzvlük məqsədləri üçün əsas prioritetdir. Avropa Komissiyası Gürcüstandan bu məsələdə irəliləyiş gözləyir.

Hesabata görə, 2023-cü ildə Aİ üzv ölkələrində Gürcüstan vətəndaşlarının sığınacaq müraciətlərinin sayı 2022-ci illə müqayisədə 8% azalıb. 2023-cü ildə 24 min 375 nəfər sığınacaq üçün müraciət edib. 2023-cü ildə Gürcüstan vətəndaşlarının Aİ üzv ölkələrinin sərhədlərini qanunsuz keçməsi ilə bağlı on hadisə qeydə alınıb. Bununla yanaşı, 2023-cü ildə Aİ üzv ölkələrində qanunsuz qalan Gürcüstan vətəndaşlarının sayı 2022-ci illə müqayisədə 12% artıb.

Hesabatın hazırlanması dövründə Gürcüstan fundamental hüquqları pozan qanunvericilik qəbul edib. 2024-cü ilin mayında 'Xarici təsirin şəffaflığı haqqında' qanunun, 2024-cü ilin sentyabrında isə 'Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında' qanunvericilik paketinin qəbulu fundamental hüquqların qorunması üzrə ümumi hüquqi bazanı zəiflədir. Hər iki təşəbbüs insan hüquqlarını və əsas azadlıqları, xüsusən də birləşmə, ifadə azadlığı və şəxsi həyatın toxunulmazlığı hüquqlarını pozur.

'Xarici təsirin şəffaflığı haqqında' qanun Venesiya Komissiyasının tövsiyələrinə və Aİ-nin çağırışlarına baxmayaraq qəbul olunub. Ədliyyə Nazirliyinə verilən geniş səlahiyyətlər və bu qanun əsasında təqdim olunan tələblər barədə narahatedici məlumatlar vətəndaş cəmiyyəti və media təşkilatlarının seçici və şərti nəzarət riskini artırır”.

Avropa Komissiyası qeyd edib ki, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketi Gürcüstan Parlamenti tərəfindən ictimai məsləhətləşmələr və Avropa və beynəlxalq standartlara uyğunluğun dərin təhlili olmadan qəbul edilib.

“Qanunvericilik paketi gürcü xalqının fundamental hüquqlarını pozur, stiqmatizasiyanı və diskriminasiyanı artırır”, - deyilir

ŞƏRH YAZ
0