07.12.2024 18:47
467
Siyasət
A
"Bank of Georgia": Aksiya iştirakçılarına qarşı zorakılıq tamamilə qəbuledilməzdir

"Bank of Georgia"nın (Gürcüstan Bank) bəyanatına görə, onların komanda üzvü Vako Alavidze saxlanılıb.

Aktual.ge xəbər verir ki, bankın bəyanatında qeyd olunub ki, onlar üçün aksiya iştirakçılarına qarşı zorakılıq tamamilə qəbuledilməzdir.

"Komandamızın üzvü Vako Alavidze dünənki aksiyada saxlanılıb. Gürcüstan Bankının vəkilləri onun yanında yerindədirlər və onun hüquqlarını müdafiə etmək və mümkün qədər tez azadlığa buraxılması üçün əllərindən gələni edirlər. Bizim üçün aksiya iştirakçılarına qarşı zorakılıq tamamilə qəbuledilməzdir! Gürcüstan Bankı üçün Avropa inteqrasiyası yolunun alternativi yoxdur!" , - deyə bəyanatda vurğulanıb.

ŞƏRH YAZ
5