07.12.2024 19:18
754
Siyasət
A
"Gürcü Arzusu": Avropaya vizasız rejimin dayandırılması mümkün deyil!

"Vizasız rejimin dayandırılmasını [müxalifət] xilasedici halqa kimi görür ki, ABŞ prezidentinin inauqurasiyasına qədər Gürcüstanda vəziyyəti qızışdırmağa vaxt tapsınlar".

Aktual.ge məlumat verir ki, bunu Parlament çoxluğunun lideri, "Gürcü Arzusu"nun icraçı katibi Mamuka Mdinaradze keçirilən brifinqdə deyib. 

O, 16-17 dekabrda keçiriləcək Avropa İttifaqının xarici işlər nazirlərinin iclasına toxunaraq qeyd edib ki, həmin toplantılarda Gürcüstan üçün vizasız rejimin dayandırılması məsələsi müzakirə olunacaq. Mamuka Mdinaradze qeyd edib ki, bu iclasda Aİ tərəfindın Gürcüstan üçün vizasız rejimin "dayandırılması mümkün deyil".

"Vizasız rejim məsələsinin gündəmə gətirilməsi o qədər spekulyativdir ki, mövcud versiyadan başqa heç bir əsası yoxdur. Bu versiya ondan ibarətdir ki, Gürcüstandan 'Natsagentura' nümayəndələri yalvarırlar ki, nə Zelenskinin sanksiyaları, nə ABŞ-ın strateji tərəfdaşlığı dayandırması əsas və qiymətli deyil. Əsas odur ki, vizasız rejimin dayandırılması ilə bağlı müzakirələr başlasın. Onlar yaxşı bilirlər ki, bu məsələ üçün 4 hüquqi əsas mövcuddur, amma onların heç biri real deyil və Gürcüstanla bağlı, xüsusilə də, mövcud deyil. Belə bir presedent olmayıb və əgər hüquqi presedent olsaydı belə, buna icazə verilməzdi. Bu halda isə həmin 4 hüquqi əsasdan heç biri mövcud deyil, yəni viza liberallaşdırılmasının dayandırılması mümkün deyil.

Amma müzakirələrin başlanmasına heç bir maneə yoxdur və bunu [müxalifət] xilasedici halqa kimi görür ki, ABŞ prezidentinin inauqurasiyasına qədər Gürcüstanda vəziyyəti qızışdıra bilsinlər. Bu məqsədə danışıq mövzusunun başlanılması tələbi xidmət edir. Buna görə də hamı başa düşür ki, bu, nə qədər spekulyativ bir məsələdir" , - deyə Mamuka Mdinaradze söyləyib.

ŞƏRH YAZ
35