Kateqoriyalar
Marneuli bələdiyyəsinin Sabirkənd kəndində ortayaşlı qadın dəm qazından boğularaq həyatını itirib.
Aktual.ge xəbər verit ki, hadisə bu gün axşam saatlarında baş verib.
Yaxınlarının sözlərinə görə, bədbəxt hadisə hamamda dəm qazı sızması nəticəsində baş verib. Anasının hamamdan çıxmadığını görən kiçik oğlu içəri daxil olub və anasının nəfəs almadığını müşahidə edib.Hadisə yerinə təcili yardım çağırılsa da, artıq gec olub.