Tanınmış jurnalist və operator döyülüb - Qan donduran görüntülər
08.12.2024 00:35
1369
Kriminal
A
Tanınmış jurnalist və operator döyülüb - Qan donduran görüntülər

Tbilisidə, Parlament binasının yaxınlığında yerləşən Besiki küçəsində çəkiliş aparan "TV Pirveli" tanınmış jurnalist Maka Çixladze və operator Giorgi Şeşiruli qara maskalı bir qrup şəxs tərəfindən hücuma və fiziki təzyiqə məruz qalıblar.

Aktual.ge xəbər verir ki, media nümayəndələrinə hücumun səbəbi hələlik məlum deyil.

Baş verən xoşagəlməz hadisə ilə bağlı telekanal hökuməti günahlandıraraq, baş verənləri hakimiyyətin dəstəklədiyi zorakı qrupların işi olduğunu iddia ediblər.

"TV Pirveli"nin yaydığı məlumata görə, hadisə yerində olan patrul polisi zorakılığı müşahidə etsə də, heç bir müdaxilə etməyib. Telekanal bu iddiasını hadisə yerindən çəkilmiş görüntülərlə əsaslandırır.

ŞƏRH YAZ
15