Kateqoriyalar
Tbilisidə, Parlament binasının önündə davam edən aksiyada Çiçinadze və Çitadze küçələrində xüsusi təyinatlı qüvvələr yerləşdirilib.
Aktual.ge xəbər verir ki, aksiya gərginləşmək üzrədir və hadisə yerinə artıq su şırnaqlı maşınlar da gətirilib.
Bundan əlavə, patrul və kriminal polis əməkdaşları aksiyanın başlanmasından etibarən Parlamentin sağ və sol qanadlarında mövqe tutublar.
Qeyd edək ki, aksiya iştirakçılarının artan səs-küyü xüsusi təyinatlıların əraziyə cəlb edilməsinə səbəb olub.