Suriyada bir dövrün sonu! Bəşər Əsəd Dəməşqi tərk edib
08.12.2024 10:33
672
Dünya
A
Suriyada bir dövrün sonu! Bəşər Əsəd Dəməşqi tərk edib

Suriyada Bəşər Əsəd hökumətinə qarşı əməliyyatlar aparan silahlı müxalifətçilər paytaxt Dəməşqi tamamilə nəzarətə götürüb. Suriya Ordu Komandanlığı zabitlərinə rejimin yıxıldığını çatdırsa da, Bəşər Əsədin Dəməşqdən çıxarkən marşrutunun hara getdiyi hələlik məlum deyil. 

Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın Baş naziri Məhəmməd Qazi Əl-Cəlali də xalqın seçdiyi istənilən administrasiya ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

'Reuters'in verdiyi son məlumata görə, Suriya Ordu Komandanlığı öz zabitlərinə Əsəd rejiminin devrildiyi məlumatını çatdırıb.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd hökumətinə qarşı 27 Noyabr Cümə günü əməliyyata başlayan silahlı müxalif qruplar ötən gecə Hələb, İdlib, Tel Rıfat, Həma və Homsdan sonra paytaxt Dəməşqi bir neçə gün ərzində heç bir müqavimətlə qarşılaşmadan ələ keçirib.

ŞƏRH YAZ
2