Kateqoriyalar
Gürcüstan Prezidenti Salome Zurabişvili Parisdə ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Aktual.ge xəbər verir ki, görüşə dair video və məlumatları Salome Zurabişvili özü sosial şəbəkədə paylaşıb.
“Prezident Tramp və Makronla dərin müzakirə apardım. Söhbət oğurlanmış seçkilərdən və gürcü xalqına qarşı tətbiq olunan qorxunc repressiyalardan getdi. ABŞ-ın güclü olmasının vacibliyini vurğuladım. Gürcü xalqının Donald Tramp şəxsində bir dostu var. Tanrı Amerikanı qorusun”, - deyə Salome Zurabişvili yazıb.
Qeyd edək ki, bu axşam Parisdə, beş il əvvəl baş vermiş yanğından sonra bərpa edilən Notr-Dam kilsəsinin açılış mərasimində 40-dək ölkənin hökumət rəhbəri iştirak edib.