08.12.2024 14:13
772
Siyasət
A
"Aktual", "24News" və "İnterPress" bəyanat verir

Aktual.ge, 24News.ge və İnterPress.ge 7 dekabrda "TV Pirveli" telekanalının çəkiliş qrupunun Parlamentin ətrafı küçələrindən Besikidə hücuma naməlum şəxslər tərəfindən hücuma və fiziki təzyiqə məruz qalması ilə bağlı bəyanat verib.

Aktual.ge media qurumlarının ortaq bəyanatını olduğu kimi təqdim edir:

"Biz, Kvemo Kartli bölgəsinin aparıcı media qurumları Aktual.ge, 24News.ge və İnterPress.ge, “TV Pirveli”nin jurnalisti və operatoruna qarşı edilən hücumu qətiyyətlə pisləyirik.

Media nümayəndələrinə qarşı zorakılıq və onların peşəkar fəaliyyətinə mane olmaq həm söz, həm də mətbuat azadlığını təhdid edir və bu, bizim üçün tamamilə qəbuledilməzdir. Bu cür hadisələr yalnız cəmiyyətin informasiyaya çıxış hüququnu məhdudlaşdırmır, həm də demokratik dəyərləri təhlükə altına alır.

Aidiyyəti qurumlara çağırırıq ki, baş vermiş cinayət hadisəsini dərhal və obyektiv araşdıraraq, günahkarları qanun çərçivəsində məsuliyyətə cəlb etsinlər.

Unutmayaq ki, jurnalistlər cəmiyyətin aynasıdır. Ölkədə baş verən prosesləri işıqlandıraraq vətəndaşlara obyektiv məlumat çatdıran jurnalistlərin təhlükəsizliyi mütləq təmin olunmalı və onların peşəkar fəaliyyət göstərməsi üçün zəruri şərait yaradılmalıdır.

Yaşasın Avropalı Gürcüstan!"

ŞƏRH YAZ
3