Qanlı qisas: 4 nəfər gənc öldürülüb - VİDEO
09.12.2024 23:52
3867
Kriminal
A
Qanlı qisas: 4 nəfər gənc öldürülüb - VİDEO

Batumidə xarici ölkənin 4 vətəndaşı qətlə yetirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına əsasən, hadisə ilə bağlı 2 xarici ölkə vətəndaşı saxlanılıb.

“Saxlanılanlar 1986-cı il təvəllüdlü İ.J. və 1985-ci il təvəllüdlü B.T.-dir" , - qeyd olunan məlumatda bildirilib ki, onları 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Aparılan istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər cari ilin 7 dekabrında Batumidə, qisas məqsədilə, müvəqqəti yaşayış evində odlu silahla xarici ölkənin 4 vətəndaşına - 2000-ci il təvəllüdlü F.T., 1997-ci il təvəllüdlü V.D., 2004-cü il təvəllüdlü Ç.Ç. və 2005-ci il təvəllüdlü A.S.-yə atəş açaraq yaralayıb, daha sonra isə hadisə yerindən qaçıblar.

Alınan xəsarətlər nəticəsində üç nəfər hadisə yerində, biri isə sonradan xəstəxanada dünyasını dəyişib.

Təqsirləndirilən şəxslər Tbilisi-Senaki-Leselidze magistral yolunun Şida Kartli hissəsində avtomobillə hərəkət edərkən saxlanılaraq ittiham olunublar. Hüquq-mühafizə orqanları maddi sübut kimi üç odlu silah, patronlar və daraq götürüb” , - DİN-in məlumatında deyilir.

ŞƏRH YAZ
9