Marneulidə “Vitamininiz bol olsun” layihəsinə start verilib
10.12.2024 12:22
891
Sağlamlıq
A
Marneulidə “Vitamininiz bol olsun” layihəsinə start verilib

9 Dekabr tarixində “İnkişaf və Təhsil Mərkəzi“ və "Aktual Media"nın nəzdində fəaliyyət göstərən Aktualmed.ge tibbi xəbər saytının təşkilatçılığı ilə “Vitamininiz bol olsun” layihəsinə start verilib.

Aktual.ge xəbər verir ki, layihənin əsas məqsədi vitaminlərin insan orqanizminin inkişafına təsiri və sağlam qidalanma haqqında gəncləri maarifləndirməkdir.

Tədbirdə çıxış edən, layihənin rəhbəri Aysun Süleymanova gənclərə vitaminlərlə bağlı ətraflı məlumat verib.

Tədbirdə iştirak edən gənclər və yeniyetmələr vitaminlərin insan orqanizminin böyüməsi və inkişafındakı rolu haqqında maraqlı və faydalı məlumatlar əldə ediblər.

Marneulidə yerləşən "Tea House"da açıq havada təşkil olunmuş tədbirdə gənclər üçün əyləncəli idman oyunları və yarışlar təşkil olunub. Yarışlar zamanı qalib gələn iştirakçılara hədiyyə olaraq meyvələr təqdim edilib.

Qeyd edək ki, “Vitamininiz bol olsun” layihəsi dekabr ayı boyu davam edəcək və layihədən 250-300 nəfər gənc faydalanacaq.

ŞƏRH YAZ
13