Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü Tbilisidə yad olunub
12.12.2024 12:32
929
Mədəniyyət
A
Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü Tbilisidə yad olunub

Azərbaycan Respublikasının keçmiş Prezidenti, uluöndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü Gürcüstanda yad olunub.

Aktual.ge xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, azərbaycanlı iş adamları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları Tbilisidəki Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Ulu Öndərin Kür çayının sağ sahəsindəki Xatirə lövhəsi və Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.

Qeyd edək ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Gürcüstanın müxtəlif bölgələrində anım tədbirləri, sərgi və "dəyirmi masa"lar təşkil olunub.

ŞƏRH YAZ
12