Bir qrup ziyalı Heydər Əliyevi vəfatının 21-ci ildönümündə yad ediblər - FOTO
12.12.2024 22:42
805
Mədəniyyət
A
Bir qrup ziyalı Heydər Əliyevi vəfatının 21-ci ildönümündə yad ediblər - FOTO

Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar olaraq, bir qrup ictimaiyyət nümayəndəsi səhər saatlarında Tbilisidə yerləşən büstün önünə gül dəstələri qoyub, onun ruhuna dualar oxuyublar. Daha sonra onlar Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində yerləşən Aşıq Kamandarın ev müzeyində bir araya gələrək, ümummilli lideri böyük hörmət və ehtiramla yad ediblər.

Aktual.ge məlumat verir ki, mərasimdə Parlamentin sabiq üzvü Ruslan Hacıyev, Gürcüstan Müsəlmanları İdarəsinin keçmiş şeyxi Hacı Ramin İgidov, eləcə də bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Onlar müzeydə Heydər Əliyevin əziz xatirəsinə hörmət əlaməti olaraq onun ruhuna dualar edib, onun siyasi irsinin Gürcüstandakı əhəmiyyətindən danışıblar.

Tədbir zamanı ümummilli liderin Azərbaycan-Gürcüstan dostluğunun möhkəmlənməsi istiqamətində gördüyü işlər bir daha vurğulanıb. 

ŞƏRH YAZ
10